"Napoli" İnsinyeni 100 mln. avroya satmağa hazırdır

10-03-2019, 17:19           
"Napoli" İnsinyeni 100 mln. avroya satmağa hazırdır
İtaliyanın "Napoli" klubunun hücumçusu Lorenso İnsinye yayda komandasını dəyişə bilər.

“Report” "La Gazzetta dello Sport" xəbər verir ki, Neapol klubunun rəhbərliyi 27 yaşlı italiyalını 100 milyon avroya satmağa hazırdır.

Futbolçunun xidmətlərində "Mançester Siti", "Liverpul" və PSJ klubları maraqlıdır. Sözügedən komandalar "qış transfer pəncərəsi" dövründə "Napoli" ilə əlaqə saxlayıblar, lakin transfer məbləği barədə razılığa gələ bilməyiblər.

Nəşrin məlumatına görə, Lorenso komandanın mükafatlar qazana bilməməsindən təəssüf hissi keçirir.

İnsinye "Napoli"nin əsas heyətində 2009-cu ildən çıxış edir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.