ÇL: “Bavariya” doğma meydanda azarkeşlərini məyus etdi

14-03-2019, 06:56           
ÇL: “Bavariya” doğma meydanda azarkeşlərini məyus etdi
Çempionlar Liqasının 1/8 final mərhələsinin cavab matçında “Bavariya” doğma meydanda “Liverpul”u qəbul edib. Trend-in məlumatına görə, matç 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.

Oyunda hesabı 26-cı dəqiqədə Mane açıb. 39-cı dəqiqədə Matip avtoqola imza ataraq hesabı bərabərləşdirib. 69-cu dəqiqədə Van Dayk qonaqları hesabda irəli çıxarıb. 84-cü dəqiqədə isə Mane sonuncu qolu vuraraq yekun hesabı müəyyən edib.

Bununla da, “Liverpul” növbəti mərhələyə keçib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.