Axar.az xəbər verir ki, Güney Azərbaycan təmsilçisi “Traktor” evdə Xorasanın "Pədidə" klubu ilə qarşılaşıb. Görüş Təbriz klubunun 1:0 hesablı qələbəsi ilə yekunlaşıb. Matçda yeganə qolu 22-ci dəqiqədə Antoni Stok vurub.
Bu nəticədən sonra "Traktor" xallarını 43-ə çatdıraraq liderliyə yüksəlib. "Persepolis" 42 xalla 2-ci, "Sepahan" 41 xalla 3-cüdür.