Fransa Liqasında qadın hakim – ilk dəfə 24-04-2019, 08:18 Fransa Liqasında ilk dəfə olaraq oyunu qadın hakim idarə edəcək.Teleqraf.com xəbər verir ki, 34-cü turda keçiriləcək “Amyen” – “Strasburq” matçı Stefani Frappara tapşırılıb. Görüş aprelin 28-də oynanılacaq.Qeyd edək ki, bu təyinat iyunun 7-dən iyulun 7-ə qədər Fransada keçiriləcək qadınlar arasında DÇ-2019-a hazırlıq məqsədi daşıyır. Facebook-da paylaş