Zidan bu futboçularla yollarını ayırır

26-04-2019, 08:31           
Zidan bu futboçularla yollarını ayırır
İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir.

Teleqraf.com xəbər verir ki, 46 yaşlı fransalı mütəxəssisin komandada görmək istəmədiyi beş oyunçu var. Bunlar Qaret Beyl, Markos Lorente, Daniel Sebalyos, Serxio Reqilon və Mariano Diasdır. Zinəddin Zidan öz niyyətini yay transfer pəncərəsində həyata keçirmək fikrində olduğunu söyləyib.

Qeyd edək ki, Madrid təmsilçisi İspaniya çempionatında 64 xalla 3-cü pillədə qərarlaşıb. “Real” klubu lider “Barselona”dan 16 xal geridədir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.