Mixail Şumaxerin oğlu Bakıda qəza keçirib

26-04-2019, 16:14           
Mixail Şumaxerin oğlu Bakıda qəza keçirib
Bakıda keçirilən “Formula 2” yarışında qəza olub.

“Report” xəbər verir ki, “Formula 1” üzrə yeddiqat dünya çempionu Mixael Şumaxerin oğlu Mik Şumaxerin bolidində yanğın baş verib. Lakin alov dərhal söndürülüb və o, yoluna davam edib. Pilot bolidi təkrar hərəkətə gətirən zaman yanğınsöndürənlərdən biri maşına ilişib və yıxılıb.

Qeyd edək ki, oğul Şumaxer ötən mövsüm “Formula 3”ün qalibi olub. O, cari çempionatda İtaliyanın “Prema Racing” komandasının heyətində “Formula 2”də yarışır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.