Mahir Mədətov ən yaxşı bombardir oldu

11-05-2019, 21:13           
Mahir Mədətov ən yaxşı bombardir oldu
Topaz Premyer Liqasında 2018/19 mövsümünün ən yaxşı bombardiri müəyyənləşib.

Mükafatın sahibi son turda bəlli olub.

Çempionatı 16 qolla başa vuran “Qarabağ”ın futbolçusu Mahir Mədətov karyerasında ilk dəfə Premyer Liqanın bombardiri olub. O, bu gün keçirilən “Neftçi” ilə görüşdə (3:2) vurduğu iki qolla ən məhsuldar oyunçusu adını ələ keçirib.

Bu turadək M.Mədətovla eyni sayda fərqlənib, əlavə göstəricilərə görə öndə olan “Neftçi”nin hücumçusu Baqali Dabo isə bu matçda penaltini qaçırıb və zədə səbəbindən meydanı tərk edib.

Bombardirlər yarışında 3-cü yeri Ceyms Adeniyi (“Qəbələ”) tutub – 10 qol. Filip Ozobiç (“Qarabağ”) 9, Xulio Sezar Rodrifes (“Zirə”), Marko Deviç (“Sabah”) və Emin Mahmudov (“Neftçi”) hərəyə 8 dəfə fərqləniblər.(ONA)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.