“Udineze” təhlükəli zonadan uzaqlaşıb, “Roma” xal itirib - VİDEO

19-05-2019, 09:34           
“Udineze” təhlükəli zonadan uzaqlaşıb, “Roma” xal itirib - VİDEO
İtaliya A seriyasında XXXVII tura start verilib.

ONA-nın məlumatına görə, turun ilk günündə üç oyun keçirilib.

Təhlükəli zonada qərarlaşan “Udineze” öz meydanında “Spal”ı qəbul edib. 3:2 hesabı ilə qələbə qazanan udinelilər aktivlərinə üç xal yazıblar.

“Cenoa” isə evdə xal itirib. Genuya təmsilçisi “Kalyari” ilə görüşdə məğlubiyyətdən də çətinliklə qaçıb.

Günə “Sassuolo” və “Roma” arasında matçla yekun vurulub. Qarşılaşma qolsuz sülhlə nəticələnib.

Qeyd edək ki, turun digər oyunları mayın 19-20-də keçiriləcək.
İtaliya A seriyası
XXXVII tur
18 may
“Cenoa” – “Kalyari” – 1:1
Krişito, 89 (pen.) – Pavoletti, 40
“Udineze” – “Spal” – 3:2
Samir, 5, Okaka, 31, 35 – Petanya, 53, Valoti, 59
“Sassuolo” – “Roma” – 0:0
* - “Kyevo”nun hesabından 3 xal silinib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.