İki idmançımız dünya çempionu oldu

19-06-2019, 07:43           
İki idmançımız dünya çempionu oldu
Tunisin Hammamet şəhərində savat (Fransa boksu) döyüş növü üzrə dünya çempionatına yekun vurulub.

Publika.az xəbər verir ki, kombat versiyası üzrə keçirilən mundiala 54 ölkədən 450 idmançı qatılıb.

Azərbaycan Şaolin və Savat Döyüş Sənətləri Federasiyasının prezidenti və millinin böyük məşqçisi Rafiq Əliyevin rəhbərliyi altında çempionatda ölkəmiz 3 idmançı ilə təmsil olunub. Bu növ üzrə milli komandamızın ilk dünya çempionatı olmasına baxmayaraq yığmamız uğurlu nəticəyə imza atıb.

Həmyerlilərimizdən Nurlan Qədimov (70 kq) və Tural Bayramov (85 kq) bütün rəqiblərini məğlub edərək dünya çempionu olublar. Hər iki idmançımız qalib olmaqla yanaşı, avqust ayında Cənubi Koreyada keçiriləcək döyüş növləri üzrə dünya oyunları və noyabr ayında Fransada baş tutacaq qala döyüşlərinə vəsiqə qazanıblar. Digər idmançımız Bəhruz Çıraqov isə (75 kq) üçüncü yeri tutub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.