“Qarabağ” Bolqarıstan çempionuna uduzdu

23-06-2019, 00:13           
“Qarabağ” Bolqarıstan çempionuna uduzdu
Avstriyada təlim-məşq toplanışında olan “Qarabağ” bu gün sözügedən ölkədə ilk yoxlama oyununa çıxıb.

Rekord.az xəbər verir ki, Ağdam klubu Bolqarıstan çempionu “Ludoqorets”lə qarşılaşıb.

Oyun Qurban Qurbanovun komandasının 0:2 hesablı məğlubiyyəti ilə başa çatıb.


Qeyd edək ki, “Qarabağ” Avstriyada daha 3 yoxlama oyunu keçirəcək. Qurban Qurbanovun komandası iyunun 25-də Rumıniyanın “Universitatya Krayova”, 28-də Rusiyanın “Ufa” və iyulun 2-də Çexiyanın “Viktoriya” klubları ilə də qarşılaşacaq.

Yoxlama oyunu
22 iyun

Qarabağ – Ludoqorets 0:2
Qollar: Marselinyo, 17. Bakalov, 71.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.