Gürcüstan Futbol Federasiyası oyunçuların anti-Rusiya aksiyasını dəstəkləyib

25-06-2019, 07:08           
Gürcüstan Futbol Federasiyası oyunçuların anti-Rusiya aksiyasını dəstəkləyib
Gürcüstan Futbol Federasiyası (GFF) bəzi yerli klublarla həmrəylik göstərərək, onların anti-Rusiya aksiyalarını dəstəkləyib.

"Report" Gürcüstanın Birinci kanalına istinadən xəbər verir ki, bunu GFF-nin baş katibi David Muciri deyib.

“Bu günə olan vəziyyətə görə, milli liqada iştirak edən komandalardan heç birini sanksiya gözləmir. Bizə nə UEFA-dan, nə də FİFA-dan ərizə daxil olmayıb. Bir daha təsdiq edirəm ki, ötən həftə ərzində gürcü klublarının iştirak etdiyi həmrəylik aksiyası tərəfimizdən tam dəstəklənib", - deyə David Muciri bildirib.

Daha əvvəl yerli futbol klublarının oyunçuları ölkə çempionatının 19-cu tur matçına anti-Rusiya şüarlarının yazıldığı maykalarla çıxaraq, bu yaxınlarda Tbilisidə baş verən hadisələrdən sonra Rusiyaya münasibətlərini bildiriblər. Maykalarda belə yazılıb: "Biz Gürcüstan ərazilərinin 20 faizinin işğal olunduğunu xatırlayırıq".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.