DÇ-2022 Bakıda

24-08-2019, 12:13           
DÇ-2022 Bakıda
Beynəlxalq Gimnastika Federasiyanın (FIG) İcraiyyə Komitəsinin Manaquada (Nikaraqua) baş tutan iclasında verilmiş qərara əsasən, 2022-ci ildə Akrobatika gimnastikası üzrə Dünya Çempionatının təşkili Azərbaycan Gimnastika Federasiyasına həvalə olunub.
“Yeni Sabah” xəbər verir ki, çempionat 11-13 mart tarixlərində Milli Gimnastika Arenasında ilk dəfə olaraq baş tutacaq. Çempionatdan öncə isə 2-7 mart tarixlərində Dünya Yaş Qrupu yarışları da məhz paytaxtımızda eyni məkanda keçiriləcək.

Qeyd edək ki, bu ilin ən gözlənilən əsas yarışı - 16-22 sentyabr tarixlərində Milli Gimnastika Arenasında keçiriləcək bədii gimnastika üzrə Dünya Çempionatına artıq sayılı günlər qalıb. Növbəti il isə aerobika ulduzları Dünya Çempionatında yarışmaq üçün paytaxtımızda toplaşacaqlar. 2021-ci ildə isə daha bir dünya birinciliyi batut gimnastikası üzrə olacaq.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.