"Fənərbaxça" "Trabzonspor"la heç-heçə oynayıb

2-09-2019, 07:18           
"Fənərbaxça" "Trabzonspor"la heç-heçə oynayıb
Türkiyə Super Liqasında III tur başa çatıb.

APA-nın məlumatına görə, turun sonuncu günündə 4 oyun baş tutub.

“Başakşəhər” səfərdə “Gənclərbirliyi” üzərində əzmkar qələbə qazanıb. “Alanyaspor” isə “Yeni Malatyaspor”un meydanından qalib ayrılıb.

“Fənərbaxça” “Trabzonspor”la görüşdə bir xalla kifayətlənib – 1:1. Eyni nəticə “Qaziantep”lə “Sivasspor”un qarşılaşmasında da qeydə alınıb.

Türkiyə Super Liqası
III tur
1 sentyabr
“Gənclərbirliyi” – “Başakşəhər” – 1:2
Sio, 36 – Demba Ba, 83 (pen.), Viska, 90
“Sivasspor” – “Qaziantep” – 1:1
Kone, 72 – Tvumasi, 35
“Yeni Malatyaspor” – “Alanyaspor” – 2:3
Bifuma, 47, Yahoviç, 57 - Gülselam, 20, Fernandes, 22, Sisse, 44
“Fənərbaxça” – “Trabzonspor” – 1:1
Rodriges, 17 – Ekuban, 28












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.