“Beşiktaş” klubuna yeni prezident seçilib 21-10-2019, 01:59 Türkiyənin “Beşiktaş” klubuna yeni prezident Əhməd Nur Çəbi seçilib.“Report” xəbər verir ki, o, bu posta keçirilən səsvermədə rəqibləri Serdar Adalı və Hürse Tekinoktayı böyük səs fərqilə geridə qoyub.Belə ki, 8 644 nəfərin 5009-u Əhməd Nur Çəbiyə səs verib. Adalı 2 983, Tekinoktay isə 537 səs toplayıb.Bununla da Əhməd Nur Çəbi Beşiktaş klubunun 34-cü prezidenti olub. Facebook-da paylaş