21 yaşadək futbolçulardan ibarət Azərbaycan milli komandası Avropa çempionatının seçmə mərhələsində növbəti oyununu keçirib. Azvision.az xəbər verir ki, Sumqayıtdakı “Kapital Bank Arena”da Lixtenşteyn yığması ilə qarşılaşan millimiz 1:0 hesablı qələbə qazanıb. U-21-in heyətində 65-ci dəqiqədə Barış Ekincier fərqlənib.