Çempionlar Liqası: 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşib

11-12-2019, 02:31           
Çempionlar Liqası: 1/8 finalın daha 4 iştirakçısı müəyyənləşib
Çempionlar Liqasında qrup mərhələsinin VI turunun ilk oyun günü başa çatıb.

Matçları daha tez keçirilən E qrupunun ardından F, G və H qruplarında da mübarizəyə yekun vurulub.

Son 6 qarşılaşmadan sonra 1/8 finala vəsiqə qazanan daha 4 komanda müəyyənləşib. Dortmund “Borussiya”sı, “Lion”, “Çelsi” və “Valensiya” mübarizəni davam etdirmək hüququ qazanıb. “İnter”, “Ayaks” və “Benfika” isə Avropa Liqasına – 1/16 final mərhələsinə yollanıb.

Qeyd edək ki, buna qədər “Barselona”, “Leypsiq”, PSJ, “Real”, “Bavariya”, “Tottenhem”, “Yuventus”, “Mançester Siti”, “Liverpul” və “Napoli” 1/8 finala yüksəlib.

Çempionlar Liqası
Qrup mərhələsi
VI tur
10 dekabr

F qrupu
00:00. “Borussiya” (D, Almaniya) - “Slaviya” (Çexiya) – 2:1
Sanço, 10, Brandt, 61 – Souçek, 43
00:00. “İnter” (İtaliya) - “Barselona” (İspaniya) – 1:2
Lukaku, 44 – Peres, 23, Fati, 87

G qrupu
00:00. “Lion” (Fransa) - “Leypsiq” (Almaniya) – 2:2
Aouar, 50, Depay, 82 - Forsberq, 9 (pen.), Verner, 33 (pen.)
00:00. “Benfika” (Portuqaliya) - “Zenit” (Rusiya) – 3:0
Çervi, 47, Pizzi, 58 (pen.), Azmun, 79 (avtoqol)

H qrupu
00:00. “Çelsi” (İngiltərə) – “Lill” (Fransa) – 2:1
Abraham, 19, Aspilikueta, 35 – Remi, 78
00:00. “Ayaks” (Niderland) – “Valensiya” (İspaniya) – 0:1
Rodriqo, 24
/www.yeniavaz.com/












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru