"Qəbələ" qazandı, "Qarabağ" bərabərliyə RAZILAŞDI

19-01-2020, 09:31           
"Qəbələ" qazandı, "Qarabağ" bərabərliyə RAZILAŞDI
Türkiyənin Antalya bölgəsində təlim-məşq toplanışında olan Azərbaycan klublarının yoxlama oyunları davam edir.

Publika.az-ın məlumatına görə, təmsilçilərimizdən 4-ü yoxlama matçında qüvvəsini sınayıb.

Son ölkə çempionu "Qarabağ" qonşu ölkədəki ilk görüşündə Rumıniya təmsilçisi “Akademika Klinçeni” ilə üz-üzə gəlib. Qarşılaşma 2:2 hesabı ilə yekunlaşıb.

İlk oyunda Macarıstan MTK-sına 3 cavabsız qolla uduzan "Qəbələ" Rusiyanın "Çayka" komandasını eyni hesabla məğlubiyyətə uğradıb.

İlk oyunda Macarıstanın "Kaposvar"a məğlub olan (3:4) "Sumqayıt" Rumıniya "Politexnika"sı ilə heç-heçə edib - 1:1.

Nəhayət ilk görüşdə Qazaxıstan təmsilçisi "Jetisu"ya minimal hesabla uduzan (0:1) "Səbail" Ukrayna "Olimpik"i ilə də bacarmayıb - 1:3.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.