Messi "Mançester Siti"də?

4-07-2020, 11:17           
Messi "Mançester Siti"də?
"Barselona"nın hücumçusu Lionel Messi karyerasını İngiltərədə davam etdirə bilər.

Fanat.Az "Fox Sports"un jurnalisti Kristian Martinin "Instagram" hesabına istinadən xəbər verir ki, Leonun "Mançester Siti"yə keçmək ehtimalı yaranıb:

"Messinin "Mançester Siti"yə keçmək ehtimalı olduqca realdı. Xəbəri Kataloniya və İngiltərədəki mənbələrim də təsdiqləyiblər. Anlaşma bütün tərəfləri qane edəcək".

Argentinalı futbolçu "Mançester Siti"yə transfer olacağı təqdirdə, yenidən Pep Quardiolanın rəhbərliyi altında oynamaq imkanı əldə edəcək.

Qeyd edək ki, "Cadena SER" radiosu Messinin 2021-ci ildə "Barselona"dan ayrılmaq qərarına gəldiyinə dair xəbər yayıb.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru