“Barselona” və Messi arasındakı sirlər açıldı

22-09-2022, 08:25           
“Barselona” və Messi arasındakı sirlər açıldı
“Barselona”nın sabiq futbolçusu Lionel Messinin 2020-ci ildə müqaviləni yeniləmək üçün klubun qarşısına qoyduğu şərtlərə aydınlıq gəlib.

Qol.az xəbər verir ki, bu barədə “El Mundo” məlumat yayıb. Nəşrin yazısında bildirilib:

“Messi 2020-ci ildə “Barselona”dan 10 milyon avro imza bonusu və pandemiya zamanı maaş kəsilməsinə görə təzminat istəyib. Həmçinin o, müqavilənin ləğv olunacağı təqdirdə cəmi 10.000 avro təzminat ödənilməsi barədə maddə tələb edib. Messinin tələbləri yalnız bunlar deyildi. Hazırda PSJ-də oynayan hücumçu həm də Milad dövründə bütün ailəsi ilə Argentinaya getməsinəgörə çarter reysləri üçün ödəniş istəyib. Hadisələr zamanı “Barselona”nın həmin vaxtdakı prezidenti Xosep Bartomeu şərtlərin çoxunu qəbul edib. Lakin təzminat bəndinin 700 milyon avrodan 10 minə endirilməsini istəməyib. Bartomeu həm də 10 milyon bonus ödənişinin yalnız klubun yaxşı maliyyə göstəricilərinə qayıtması halında mümkün olacağını bildirib. Bu fikir ayrılıqlarına görə tərəflər danışıqları dayandırıb və Messi sonda transfer üçün müraciət edib”.

“Barelona” bu məlumatların yayılmasına görə “El Mundo”nu məhkəməyə verəcəklərini bildirib. Həmçinin qeyd olunub ki, xəbərdəki bəzi məlumatlar yalnışdır və bu, klubun mövqeyinə xələl gətirir.



Loading...



Loading...





Loading...

Teref.info © 2015
E-mail: n_alp@mail.ru            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.