Dünya bu futbolçudan danışır (VİDEO)

15-05-2015, 01:06           
Dünya bu futbolçudan danışır (VİDEO)
Azərbaycan çempionatının bombardiri "Bakı"nın futbolçusu Nurlan Novruzovun cərimə zərbəsinin qarşısını qeyri-adi şəkildə aldığı epizod sosial şəbəkədə yayıldıqdan sonra geniş əks-səda doğurub.

ANS PRESS-in məlumatına görə, dünyanın bir çox aparıcı futbol verilişləri bu video çarxı yayımlayıb.

Nurlan Novruzovun fantastik akrobatik hərəkəti haqda məlumatlar bir sıra mətbuatda yayılıb.

Sözügedən epizod Azərbaycan Premyer Liqasının XXIV turunun "Xəzər Lənkəran" - "Bakı" matçında baş verib.

"Xəzər Lənkəran" 2-1 qalib gəldiyi oyunda Nurlan Novruzovun lənkəranlıların hücumunun qarşısını qeyri-adi şəkildə almışdı.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.