Futbol tarixinin rekord məbləğdə transfer təklifi - ildə 13 milyon avroluq maaş

7-07-2016, 11:58           
Futbol tarixinin rekord məbləğdə transfer təklifi - ildə 13 milyon avroluq maaş
İngiltərənin “Mançester Yunayted” klubu İtaliyanın “Yuventus” klubunun yarımmüdafiəçisi Pol Poqba ilə prinsipial razılaşma əldə edib.

Trend-in xarici KİV-ə istinadən verdiyi məlumata görə, Fransa yığmasının 23 yaşlı oyunçusu “Mançester Yunayted”in vergiləri çıxmaqla ildə 13 milyon avroluq maaş təklifini qəbul edib.
Avro-2016-dan sonra “Mançester Yunayted” P.Poqba üçün “Yuventus”a dünya futbolu üçün rekord məbləğdə - 120 milyon avro - transfer təklifi edəcək.

Hazırda dünyanın ən bahalı futbolçusu 100 milyon avroya “Real”a transfer edilən Qaret Beyldir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru