Kamran Ağayev Portuqaliya klubunda

13-09-2016, 09:45           

Azərbaycan yığmasının qapıçısı Kamran Ağayev karyerasını Portuqaliyada davam etdirəcək.

teref.az "Apasport"a istinadən xəbər verir ki, bu yay özünə klub tapa bilməyən, son anda "Sumqayıt"la müqavilə imzalayan futbolçu gözlənilmədən bu gün Portuqaliyanın "Boavişta" klubu ilə müqavilə imzalayıb.

30 yaşlı futbolçu Portuqaliya təmsilçisi ilə mövsümün sonunadək anlaşıb. Artıq klub bu barədə rəsmi məlumat da yayıb. O, "Boavişta"ya azad agent statusu ilə keçib. Çünki futbolçunun "Sumqayıt"la müqaviləsində onun xarici klubdan dəvət alacağı halda problemsiz buraxılmasına dair bənd var idi.


Qeyd edək ki, "Boavişta" bu yay Azərbaycan yığmasının digər futbolçusu Emin Mahmudovu da heyətinə qatmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.