'Barsa'ya Messi şoku, Ardadan xəta - Video

23-09-2016, 00:31           
'Barsa'ya Messi şoku, Ardadan xəta - Video
İspaniya La Liqasında “Barselona” və “Atletiko Madrid” komandaları qarşı-qarşıya gəlib.

Axar.az xəbər verir ki, “Barselona” 41-ci dəqiqədə İvan Rakitiçin qolu ilə önə keçib. 59-cu dəqiqədə argentinalı ulduz Leo Messi zədələnib və yerini Arda Turana buraxıb.

Türk futbolçu oyuna girdikdən cəmi 2 dəqiqə sonra meydanın mərkəzində qaydanı pozub. Sürətli hücum quran “Atletiko” hesabı bərabərləşdirib:
1-1.

Matç elə bu hesabla da başa çatıb.

Qeyd edək ki, 59-cu dəqiqədə zədələnən Messi 3 həftə yaşıl meydanlardan uzaq qalacaq.
[media=https://www.youtube.com/watch?v=4BnUBz_eOr4]












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.