Aleksis Sançes yayda “Arsenal”ı tərk edəcək

2-03-2017, 09:35           
Aleksis Sançes yayda “Arsenal”ı tərk edəcək
İngiltərənin “Arsenal” klubunun çilili hücumçusu Aleksis Sançes London komandasını tərk etmək qərarına gəlib.
Futbolçu mövsümün sonunda komandasını dəyişəcək.
Məlumata görə, 28 yaşlı hücumçu “topçular”ın nəticələrində irəliləyişin olmamasından narazıdır və hətta baş məşqçi Arsen Venqer qalacağı təqdirdə belə komandadan getmək niyyətindədir.
Futbolçunun klub ilə hazırkı müqaviləsi 2018-ci ilin yayında bitir.
Sançes “Arsenal”da 2014-cü ildən çıxış edir. O, cari mövsümdə 25 oyuna 17 qol vurub və 7 məhsuldar ötürmə edib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.