Qurban Qurbanov tərcüməçini klubdan qovdu

15-03-2017, 07:57           

"Qarabağ" futbol klubunun baş məşqçisi Qurban Qurbanov jurnalistlərin ünvanına hörmətsizlik nümayiş etdirən tərcüməçi Əfqan Xəlilovu işdən qovub.

Xatırladaq ki, Əfqan Xəlilov sosial şəbəkə hesabında futbolçu Miçel Madera ilə mətbuat konfransında çəkilmiş şəklini paylaşaraq yazmışdı: “Növbəti axmaq sualı gözləyərkən, mən”.

Bəzi idman jurnalistləri mediaya belə münasibəti təhqiredici saymışdılar. Bu gün keçirilən mətbuat konfransında jurnalistlərin suallarını cavablandıran Q.Qurbanov bu məsələyə də toxunub: “Həmişə demişəm ki, hər kəs öz işi ilə məşğul olsun. Məsələdən xəbərim var. Mən gördüm ki, bu haqda nələr yazırlar. Xoşagəlməz alındı. Elə təəssürat yarandı ki, bu, "Qarabağ" futbol klubunun fikridir. Mən onu klubdan çıxardım. Məşqçinin, jurnalistin və rəqiblərin işlərinə qarışmaq olmaz. Nə qədər ki, mən "Qarabağ"dayam, heç kim başqasını sancmamalı, onda səhvlər axtarmamalıdır.

Əfqanın işindən həddindən artıq razı idim. Bütün sözləri futbolçulara dediyim kimi çatdırırdı. Yaxşı bir işçini itirdik. Amma mənim qoyduğum qaydalar var, buna riayət etmək lazımdır”.

Qeyd edək ki, Əfqan Xəlilov Azərbaycan dilindən başqa ispan, portuqal, ingilis və rus dillərini də bilir.

AFN.az












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.