"Bavariya" Bundesliqa mövsümündə ikinci dəfə məğlub olub - VİDEO

5-04-2017, 09:12           
"Bavariya" Bundesliqa mövsümündə ikinci dəfə məğlub olub - VİDEO
Futbol üzrə Almaniya Bundesliqasının lideri olan "Bavariya" çempionatın 27-ci turunun səfər matçında "Hoffenhaym"a minimal hesabla məğlub olub.
"Report" klubun saytına istinadən xəbər verir ki, görüş 1:0 hesabı ilə başa çatıb.
Oyunda yeganə qolu 21-ci dəqiqədə ev sahiblərinin futbolçusu Andrey Kramariç vurub. "Münhenlilər" oyunda dönüş yaratmağa çalışsalar da, bu, mümkün olmayıb.
Məğlubiyyətə baxmayaraq, "Bavariya" turnir cədvəlində liderliyini davam etdirir və bu gün "Leypsiq" qələbə qazanacağı təqdirdə birinci yerlə xal fərqini 10-a endirmiş olacaq.
Əlavə edək ki, "Bavariya" bu mövsüm ilk məğlubiyyətini "Borussiya Dortmund"dan alıb (0: 1).













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.