Bakıda keçirilən Formula 2 yarışında zəncirvari qəza - VİDEO

24-06-2017, 16:42           

Bakıda keçirilən Formula 2 yarışının VII mərhələsində zəncirvari qəza baş verib.
Nəticədə daha 4 pilot yarışı yarımçıq dayandırıb
“Report”un məlumatına görə, hadisə trekin ən təhlükəli hissəsində - 8-ci döngədə olub. Əvvəlcə Şon Gelaelın (İndoneziya, Pertamina Arden) idarə etdiyi bolid səddə çırpılıb. Arxadan gələn Sergey Sirotkin (Rusiya, ART Grand Prix), Nobuharu Matsuşita (Yaponiya, ART Grand Prix) və Qustav Malyanın (İsveç, Racing Engineering) idarə etdikləri maşınlar isə ardıcıllıqla bir-birilərinə girərək yararsız hala düşüblər.
Nəticədə sözgedən pilotlar yarışı yarımçıq dayandırıblar. Onların idarə etdikləri bolidlər kran vasitəsi ilə trassdan götürülüb.
Qeyd edək ki, hazırda davam edən yarışda daha əvvəl Antonio Fuoko (İtaliya, Prema Racing) ilə Coni Sekotto (Venesuela, Rapax) qəza törədərək mübarizəni dayandırıblar.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.