“Traktorsazi”dən iranlı jurnalistə güllə kimi - Cavab

11-07-2017, 14:45           
“Traktorsazi”dən iranlı jurnalistə güllə kimi - Cavab
İranda bizim jurnalistlər peşəkar deyil. Mən özüm də tehranlıyam, amma Təbrizə gəldikdən sonra başa düşdüm ki, tehranlı jurnalistlər ancaq “İstiqlal” və “Perspolis”in xəbərlərini manşetdə görmək istəyir. Hətta Teleradio Şirkəti də bu kimi məsələlərdə tərəfsiz deyil.

Axar.az xəbər verir ki, bunu Təbrizin “Traktor” futbol komandasının icraçı direktoru Mustafa Acorlu İran Futbol Federasiyası və Teleradio Şirkəti kimi orqanların tərəfsiz olmaması və türk-fars davasının şiddətlənməsinə səbəb olması haqda deyib. O, bir jurnalistin türklər və farsların ənənəvi davasına dair sualını belə cavablandırıb:

“Azərbaycan əhalisi yüksək mədəniyyətə malik olduğu üçün belə bir davaya əhəmiyyət vermir. Pantürkist də yoxdur. Peşəkar futbol hər zaman tərəfsizdir. Bu məsələlər düzgün idarə olunarsa, oyunlar zamanı türk-fars davası da baş verməz”.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.