"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu daha 3 həftəlik sıradan çıxıb

13-08-2017, 09:45           
"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu daha 3 həftəlik sıradan çıxıb
"Qarabağ"ın uzunmüddətli zədədən yenicə qayıdan futbolçusu Dani Kintana daha 3 həftəlik sıradan çıxıb.
"Report"un klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, ispaniyalı yarımmüdafiəçi “Neftçi” ilə Azərbaycan Premyer Liqasının ilk tur matçının 86-cı dəqiqəsində zədələnib. Meydanı vaxtından əvvəl tərk etmiş Kintanana bu gün MRT müayinəsindən keçib. 30 yaşlı orta sahə oyunçusunun əzələsinin dartılması müəyyənləşib. O, təxminən 3 həftə sonra məşqlərə start verəcək.
Qeyd edək ki, Dani Kintana fevralda zədələnərək, 6 ay müddətinə sıradan çıxmışdı.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.