“Qarabağ” millinin üzvü Ramil Şeydayevi heyətinə qatıb

1-09-2017, 05:36           
“Qarabağ” millinin üzvü Ramil Şeydayevi heyətinə qatıb
“Qarabağ” bu mövsüm üçün transfer çalışmalarını yekunlaşdırmaq üzrədir. Apasport.az saytının məlumatına görə, ölkə çempionu millimizin futbolçusu Ramil Şeydayevi heyətinə qatıb.

Müqaviləylə “Trabzonspor”a məxsus olan hücumçu 2017/18-ci illər mövsümünü icarə əsasında “Qarabağ”da keçirəcək. 21 yaşlı hücumçu “Zenit” Futbol Klubunun yetirməsi olub və peşəkar karyerasına bu klubda başlayıb.

Ötən yay “Trabzonspor”a transfer olunan Şeydayev qışda icarə əsasında Slovakiyanın “Jilina” klubuna keçib.

Qeyd edək ki, Şeydayev 2015-ci ildə 19 yaşlılar arasında keçirilən Avropa çempionatının 12 qolla bombardiri olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.