“Qəbələ” yunanlara şok yaşatdı: qələbəyə bərabər heç-heçə

31-07-2015, 00:28           
“Qəbələ” yunanlara şok yaşatdı: qələbəyə bərabər heç-heçə
Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin ilk oyunlarına yekun vurulur. ANS PRESS-in məlumatına görə, Azərbaycanı təmsil edən “Qəbələ” ilk matçına səfərdə çıхıb. Hesabı ev sahibləri açıb.
Premyer Liqanın bürünc mükafatçısı Cənubi Kiprdə “Apollon”un qonağı olub. Oyun Larnaka şəhərindəki “Antonis Papadopulos” stadionunda keçirilib. Matçı ukraynalı FIFA referisi Sergey Boyko idarə edib. Oyunun 90+1-ci dəqiqəsində hakim “Qəbələ” komandası üçün penalti təyin edilib. Cavid Hüseynov hesabı bərabərləşdirib. Oyun bu hesabla da başa çatıb.
Qeyd edək ki, 1954-cü ildə yaradılan “Apollon” klubu indiyədək 3 dəfə Cənubi Kipr çempionu, 7 dəfə ölkə kubokunun qalibi olub. “Qəbələ”nin rəqibi cari mövsümdə Avropa Liqasının I və II təsnifat mərhələlərində Moldovanın “Saksan” (2:0, 2:0) və Litvanıni “Trakai” (4:0, 0:0) klublarını mübarizədən kənarlaşdırıb. “Qəbələ” isə Tiflis “Dinamo”sundan (1:2, 2:0) və Serbiyanın “Çukariçki” (0:1, 2:0) klubundan üstün olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.