Mahir Mədətov “Beşiktaş”a keçir

20-12-2017, 08:57           
Mahir Mədətov “Beşiktaş”a keçir
“Qarabağ”ın hücumçusu Mahir Mədətov karyerasını “Beşiktaş”da davam etdirə bilər.

Bu barədə “Futbol+” məluat yayıb. Verilən məlumatlara görə, Türkiyə klubu Azərbaycan millisinin üzvünə təklif göndərib.

Bu xəbərdən sonra Türkiyə mətbuatında məsələyə münasibət bildirilib. “Fanatik.com”un yazdığına görə, “Beşiktaş” klubunun baş məşqçisi Şenol Günəş futbolçuya göz qoyub. O, Bakıya səfəri zamanı Mahirlə bağlı Qurban Qurbanovdan məlumatlar alıb.
Yazılanlara görə, Şenol Günəş “Qarabağ”-“Çelsi” qarşılaşmasını izləmək üçün Bakıya səfər edib. Onun səfərinn əsas məqsədi isə futbolçunu izləmək və onunla görüşmək olub. Görüşü izləyən Şenol Günəş Qurban Qurbanovla da söhbət edib. Söhbətə sonradan Mahir Mədətov da qoşulub. Bildirilir ki, futbolçunun transfer məsələsi danışıqlar masası ətrafında dəqiqləşdiriləcək.

Qeyd edək ki, azərbaycanlı futbolçu 17 yaşından etibarən ölkənin əsas liqasında çıxış edir. Üç il əvvəl isə “Qarabağ” komandasına qatılıb. Komandanın oyunlarında fəal olub. Bu il keçirdiyi 11 oyunda 6 qola imza atıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.