Azərbaycan - Gürcüstan matçının keçiriləcəyi məkan müəyyənləşdi

27-12-2017, 09:30           
Azərbaycan - Gürcüstan matçının keçiriləcəyi məkan müəyyənləşdi
Futbol üzrə Gürcüstan və Azərbaycan yığmaları arasında keçiriləcək yoxlama matçının məkanı müəyyənləşib

teref.az goal.az-a istinadən xəbər verir ki, sözügedən matç Türkiyənin Antalya şəhərindəki "Mərdan Palace" stadionunda baş tutacaq.

Bu barədə Gürcüstan mətbuatı xəbər yayıb. Xəbərdə bu arenanın 7428 azarkeş tutumuna malik olduğu qeyd olunub.

Qeyd edək ki, Azərbaycan - Gürcüstan oyunu gələn il fevralın 2-də keçiriləcək. Bu qarşılaşma hər iki komanda üçün Avropa Millətlər Liqasına hazırlıq xarakteri daşıyır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.