Əfsanəvi futbolçu ölkəsinin prezidenti seçildi

29-12-2017, 09:33           

1990-cı illərdə “Monako”, PSJ və “Milan” klublarının şərəfini qorumuş məşhur futbolçu Corc Vea Liberiyanın prezidenti seçilib.

Axar.az xəbər verir ki, bu barədə Liberiya Milli Seçki Komissiyası ölkədə keçirilən seçkilərin ikinci turunda səslərin 98,1 faizini saydıqdan sonra məlumat yayıb.

Keçmiş futbolçu ikinci turda böyük səs çoxluğu ilə qalib gəlib. C.Vea səslərin 61,5 faizini qazanaraq rəqibi vitse-prezident Jozef Boakaini üstələyib (38,5 faiz).

Qeyd edək ki, hələ oktyabrda, seçkilərin birinci turu başa çatarkən “Arsenal” futbol klubunun meneceri Arsen Venger səhvən Veanın seçkilərdə qalib gəldiyini və jurnalistlərə müsahibəsində, “Liberiyanın prezidenti seçilmiş Corc Veanı təbrik edirəm. Keçmiş futbolçunun prezident seçilməsi hər kəsə nəsib olmur”, - bildirmişdi.

Bunun ardınca isə dünya mediası 9 oktyabrda Veanı vaxtından əvvəl qalib elan etmişdi. Ancaq ilk turda 50 faiz səsi heç bir namizəd toplamadığından, ikinci turun keçirilməsi qərarı verildi.

2005-ci ildəki seçkidə isə Vea o zamankı prezident Elen Conson Selifə məğlub olmuşdu. O, həmin seçkidə 40% səs toplamağı bacarmışdı.

Vea 1995-ci ildə isə “Qızıl top” mükafatının sahibi olub.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.