"Sevilya" Montellanın rəhbərliyi altında ilk qələbəsini qazanıb

4-01-2018, 09:10           
"Sevilya" Montellanın rəhbərliyi altında ilk qələbəsini qazanıb
"Sevilya" futbol üzrə İspaniya Kubokunun 1/8 finalının ilk matçında səfərdə "Kadis" üzərində 2:0 hesabı ilə qələbə qazanıb.
“Report” TASS-a istinadən xəbər verir ki, oyunda qolları Nolito (9-cu dəqiqə) və Xesus Navas (23) vurub. Cavab qarşılaşması yanvarın 11-də Sevilyada keçiriləcək.

Bu, komandanın italiyalı baş məşqçi Vinçentso Montellanın rəhbərliyi altında ilk oyunu idi. Əvvəlki məşqçi Eduardo Berisso qənaətbəxş olmayan nəticələr səbəbindən 22 dekabrda istefaya göndərilib.

1/8 finalın digər matçında "Las-Palmas" evdə "Valensiya" ilə 1:1-lik heç-heçə edib. İkinci görüş yanvarın 9-da Valensiyada keçiriləcək.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.