Bu il kitab satışından ən çox gəlir əldə edən yazıçıların adları açıqlanıb

12-12-2018, 06:40           
Bu il kitab satışından ən çox gəlir əldə edən yazıçıların adları açıqlanıb
"Forbes" jurnalı 2018-ci ilin 11 ən çox qazanc əldə edən yazıçılarının adlarını açıqlayıb.

“Report” xəbər verir ki, onlar cari ildə ABŞ-da 24,5 milyon ədəd kitab sata biliblər və bunun müqabilində 283 mln. dollar vəsait qazanıblar.

Bildirilir ki, siyahıda ilk pilləni Ceyms Patterson tutur. O, 2018-ci ildə kitab satışından ("Hörmüçək də gəldi" və "Qızları öpərkən" romanları) 86 mln. dollar vəsait əldə edib.

Reytinqin ikinci yerində bu il 54 mln. dollar qazanan Coan Rolinq ("Harri Poter" kitablarının müəllifi) dayanıb. O, ötən ilə nisbətdə bu il 41 mln. dollar az qazanıb. Xanım yazıçı 2017-ci ildə birinci pillədə qərarlaşmışdı.

Üçlüyü 21 mln. dollar gəlirlə "dəhşətlər kralı" Stiven Kinq qapayır.

Reytinq siyahısında həmçinin Con Qrişem, Den Braun, Ceff Kinni, Maykl Vulf, Nora Roberts, Daniela Stil, Rik Riordan və Erika Leonard Ceymsin adı var.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.