Tiflisdə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb

17-01-2019, 07:26           
Tiflisdə yaşayış binasında partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb
Tbilisidə yaşayış binasında baş vermiş partlayış nəticəsində ölənlərin sayı 4-ə çatıb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, hadisə zamanı ağır xəsarət alan 4 yaşlı uşaq xəstəxanada keçinib.

Digər 7 yaralının həyatı üçün heç bir təhlükə yoxdur.

***22:10

Tbilisi. 16 yanvar. REPORT.AZ/ Tbilisidə Didi Diğomi rayonundakı yaşayış binasında baş vermiş partlayış nəticəsində 3 nəfər ölüb.

“Report”un Gürcüstan bürosunun verdiyi xəbərə görə, bunu Post Patrul Xidmətinin rəhbəri Teymuraz Kupatadze deyib.

O bildirib ki, qəza zamanı 3-ü uşaq olmaqla 5 nəfər xəsarət alıb, yaralılar xəstəxanalara çatdırılıb.

Partlayış binanın dördüncü mərtəbəsində qaz sızması nəticəsində baş verib. Hazırda yaşayış binasının sakinləri təxliyə olunur.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.