Bakı şəhərinin sakinləri bəzi çətinliklərlə üzləşəcəklər - nazir Azad Rəhimov

21-10-2015, 14:46           
Bakı şəhərinin sakinləri bəzi çətinliklərlə üzləşəcəklər - nazir Azad Rəhimov
"Formula 1" yarışlarına hazırlıq davam edir, tenderlər keçirilir. Bununla əlaqədar, Bakı şəhərinin sakinləri bəzi çətinliklərlə üzləşəcəklər".

SalamNews xəbər verir ki, bu sözləri gənclər və idman naziri Azad Rəhimov gələn il Bakıda keçiriləcək "Formula 1" yarışları ilə bağlı görülən işlərdən danışarkən deyib.

Onun sözlərinə görə, yarışlarla əlaqədar bəzi yollar bağlanacaq və asfalt örtüyünün 6-8 sm-lik hissəsinin dəyişilməsi həyata keçiriləcək ki, bu da sakinlərin bir az narahatçılığına səbəb olacaq: "Lakin bu, "Formula 1" rəhbərliyinin tələbidir. Ona görə də bu işlərin həyata keçirilməsi zəruridir. Bəzi hallarda səkilərin eni kiçildiləcək, bəzi hallarda işıq dirəklərinin yerləri dəyişdiriləcək. Ümumilikdə, heç bir ciddi problem yoxdur, hər şey öz qaydasında gedir".












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.