Meksikada federal təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı öldürüldü

5-05-2019, 08:38           
Meksikada federal təhlükəsizlik qüvvələrinin dörd əməkdaşı öldürüldü
Meksikada hücumlar nəticəsində ölkənin federal təhlükəsizlik qüvvələrinin 4 əməkdaşı öldürülüb.

Trend-in məlumatına görə, toqquşmalar Meksikanın Verakrus və Puebla ştatlarında baş verib. Verakrus ştatında baş vermiş hadisə nəticəsində federal qüvvələrin üç əməkdaşı həlak oldu.

Puebla ştatında isə dəniz piyadalarına qarşı hücüm həyata keçirilib. Nəticədə dəniz piyadaçılarından biri öldürülüb, üçü isə yaralanıb.

Hücüm edənlər sayca hərbçilərdən xeyli üstün olub və odlu silahdan istifadə ediblər.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.