Daha bir təyyarə qəzası: 13 ölü

7-05-2019, 13:09           
Daha bir təyyarə qəzası: 13 ölü
Meksikada təyyarə qəzaya uğrayıb.

Yeniavaz.com xarici KİV-ə istinadən xəbər verir ki, ABŞ-ın Las Veqas şəhərindən Meksikanın Monterrey şəhərinə uçan təyyarə Koaila əyalətində yerə düşüb. Qəza nəticəsində 2-i işçi olmaqla 13 nəfər həlak olub.

Verilən məlumtlara görə, CL-600-2B16 Challenger 601-3A tipli xüsusi təyyarədə ABŞ-da keçirilən boks matçını izləməyə gedən bir qrup şəxs olub.

Hadisənin hansı səbəbdən baş verdiyi dəqiq məlum olmasa da, buna yağan güclü yağışın səbəb olduğu güman edilir.

Faktla bağlı araşdırma davam etdirilir.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.