Azərbaycanda QANLI OLAY: Qısqanc ər arvadını bıçaqladı

21-05-2019, 11:44           
Azərbaycanda QANLI OLAY: Qısqanc ər arvadını bıçaqladı
Bərdədə ər arvadını bıçaqlayıb.

Unikal.org-un əldə etdiyi məlumata görə, bu gün saat 00:10 radələrində rayonun Lək kəndində Ağcabədi rayon sakini Əliyev Rafiq Muğan oğlu həyat yoldaşı 1980-cı il təvəllüdlü Əliyeva Tahirə Nəriman qızını qısqanclıq zəmnində baş verən mübahisə zamanı bıçaqlayıb. O üzərində olan bıçaqla arvadının sol böyrək və sol bud nahiyyəsinə çoxsaylı zərbələr endirərək ərazidən uzaqlaşıb.

Faktla bağlı Bərdə RPŞ-də Azərbaycan Respublikası CM-nin 126.1-ci maddəsi ilə cinayət işi açılıb, istintaq aparılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.