Okeanın 2 000 metrliyində 500 kq qızıl tapdılar

12-11-2015, 12:00           

Çin Xalq Cümhuriyyətinin geoloqları Hind okeanında ilk dəfə olaraq 500 ton qızıl tapıblar.

Publika.az-ın xarici mediaya istinadən verdiyi məlumata görə, sözügedən qızıllar dəniz səviyyəsindən 2 kilometr dərinlikdə aşkar edilib.

Tapılan qızılların bazar dəyəri 16.4 milyard dollar qiymətləndirilir.

Çin geoloqları sözügedən ərazidə böyük gümüş ehtiyatlarının da olduğunu ehtimal edirlər.

Xatırladaq ki, Çin geoloqları keçmiş illərdə də həmin bölgədə qızıl ehtiyatlarının olduğunu güman edərək, bu ərazilərdə Hindistan ilə birgə axtarış aparıblar. Ancaq həmin illərdə axtarışlar müsbət nəticə verməyib.
Okeanın 2 000 metrliyində 500 kq qızıl tapdılar













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.