Jurnalist İlham Məmmədzadənin avtomobilinin şüşələri sındırılıb - Foto

26-06-2019, 07:43           
Jurnalist İlham Məmmədzadənin avtomobilinin şüşələri sındırılıb - Foto
Jurnalist İlham Məmmədzadəyə məxsus 99 CM 808 nömrə nişanlı "Mersedes" markalı avtomobilin şüşələri gecə saatlarında sındırılıb.

Musavat.com xəbər verir ki, hadisə Sumaqayıt şəhəri, 36-cı məhəllə, bina 5/11-də baş verib. İ.Məmmədzadə artıq polisə məlumat verildiyini qeyd edib. İ.Məmmədzadə bildirib ki, polislər hələ gəlməyib, maşından oğurluq edilib-edilməməsi polislər gələndən sonra məlum olacaq.

Musavat.com-a açıqlama verən jurnalist bildirib ki, həyətdə 30-dan artıq maşın olduğu halda sadəcə onun maşınının şüşələrinin sındırılması təsadüfə bənzəmir.

İlham Məmmədzadəyə bildirib ki, "Ata sığorta" şirkətinə dəfələrlə zəng etsə də cavab verən olmayıb.













Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.