"Aeroflot" Moskvadan Praqaya bir neçə reysini ləğv edb

2-07-2019, 07:31           
"Aeroflot" Moskvadan Praqaya bir neçə reysini ləğv edb
Rusiyanın"Aeroflot" aviaşirkəti Moskvadan Praqaya bir neçə reysini ləğv edib.

“Report” xəbər verir ki, bu barədə “RİA Novosti” bildirib.

Qeyd edilir ki, uçuşların dayandırılmasına Çexiya hakimiyyətinin reyslərin ləğvi ilə bağlı qərarı səbəb olub. İlkin məlumata görə, söhbət dörd reysdən gedir.

Aviaşirkətdə bildiriblər ki, reyslərin təminatı üçün bütün texniki imkanlara malikdirlər.

Çexiya hökumətinin bu qərarının səbəbi hələlik məlum deyil.

Qeyd edək ki, "Aeroflot"a məxsus Moskva - Bakı reysi ilə uçmalı olan təyyarə uçuşa yubanıb.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.