Kanadada təyyarə çaya düşüb, ölən var

22-07-2019, 07:07           
Kanadada təyyarə çaya düşüb, ölən var
Kanadanın Alberta əyalətində yüngülmühərrikli təyyarənin qəzaya uğraması nəticəsində bir nəfər ölüb.

APA xəbər verir ki, bu barədə “CBC” telekanalı məlumat yayıb.

İnsident təyyarə Casper aeroportundan havaya qalxıdqdan bir qədər sonra baş verib. Bildirilir ki, təyyarə Atabaska çayının yaxınlığında yerə düşüb.

Alberta əyalətinin səhiyyə orqanının məlumatına görə, təyyarədə iki nəfər olub ki, onlardan biri həyatını itirib. Digər şəxs xəsarətlə xəstəxanaya yerləşdirilib.

Aviaqəzanın səbəbləri araşdırılır.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.