Kolumbiyada polis postunda partlayış törədilib, 16 nəfər yaralanıb
23-09-2019, 08:29
Kolumbiyada cinayətkarlar polis postunda qumbara partladıb.
"Report"un məlumatına görə, bu barədə yerli "Espektador" nəşri bildirib.
Qeyd edilir ki, hadisə Sardinat bələdiyyəsində baş verib. Naməlum şəxslər polis postuna qumbara atıb. Partlayış nəticəsində azı 16 nəfər yaralanıb. Yaralılar xəstəxanalara çatdırılıb.