Tovuzda yerli sakin güllələnib

25-10-2019, 21:30           
Tovuzda yerli sakin güllələnib
Tovuz rayonun düşən dava bir nəfərin güllələnməsi ilə nəticələnib.
Hadisə rayonun Hacallı kəndində qeydə alınıb.
Belə ki, Abdıyev Nəriman Mirzə oğlu "makarov" tipli silahdan istifadə edərək həmkəndlisi Qasımov Habil Əli oğlunu öldürmək istəyib. O, sillahdan iki atəş açıb.
Biri H.Qasımova dəyməsə də, digəri onu yüngül yaralayıb. İlkin məlumatlara görə, hadisəyə səbəb kənd qəbristanlığında mal-qara otarılması olub. Belə ki, Nəriman Abdıyev Habil Qasımova kənd qəbrsitanlığında mal-qara otarmasıan görə irad tutub. Nəticədə tərəflər arasında insident yaşanıb. Sonuncu mübahisə isə H.Qasımovun güllələnməsi ilə nəticələnib.
Keçirilən əməliyyatla hadisəni törədən Nəriman Abdıyev Tovuz rayon Polis Şöbəsi əməkdaşları tərəfindən tutulub. (baku.ws)












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.