Bakıda dayanma-durmaya görə cəriməni bu şəxslər yazacaq - RƏSMİ

11-07-2020, 13:56           
Bakıda dayanma-durmaya görə cəriməni bu şəxslər yazacaq - RƏSMİ
Prezident İlham Əliyev “İnzibati xətalar haqqında işlərə baxmağa səlahiyyəti olan vəzifəli şəxslərin Siyahısı”nda dəyişiklik edilməsi haqqında” fərman imzalayıb.

Teref.az-ın məlumatına görə, Fərman Daxili İşlər Nazirliyinə verilmiş yeni səlahiyyət çərçivəsində Bakı şəhərinin inzibti ərazisində dayanma və ya durma qaydalarını pozmağa, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə nəzərdə tutulmuş inzibati xətanı törətmiş şəxs nəqliyyat vasitəsinin yanında olmadığı və həmin nəqliyyat vasitəsinin yol hərəkəti və piyadaların hərəkətinə maneə yaratdığı hallara münasibətdə inzibati xətalar haqqında işlərə baxan səlahiyyətli şəxslərin əhatə dairəsini müəyyən edir.

Beləliklə Bakı şəhərinin inzibati ərazisində dayanma və ya durma qaydalarını pozulmasına görə 20 manata, ümumi istifadədə olan nəqliyyat vasitələrinin dayanacaq meydançasında və ya 5.12, 5.13 yol nişanlarından 15 metrdən az yaxınlıqda digər nəqliyyat vasitələrinin dayanmasına və ya durmasına görə 40 manata, nəqliyyat vasitəsinin 24 saatdan artıq parklanma yerində saxlanılmasına görə 20 manat məbləğində cərimə etmək səlahiyyəti Baş Dövlət Yol Polisi İdarəsinin rəisi, onun müavinləri, Baş Dövlət Yol Polisi İdarəsinin Mərkəzi Məlumat Xidmətinin rəisi, Naxçıvan Muxtar Respublikasının Daxili İşlər Nazirliyinin Dövlət Yol Polisi İdarəsinin rəisi, ərazi polis orqanlarının dövlət yol polisi idarələrinin, şöbələrinin rəisləri, onların müavinləri, ərazi polis orqanlarının dövlət yol polisi bölmələrinin rəisləri, ərazi polis orqanlarının dövlət yol polisi qruplarının rəhbərlərinə verilib.шаблоны для dle 11.2












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
Sayt Webmedia.az tərəfindən hazırlanmışdır.