Ermənistanın Tovuzla həmsərhəd Berd şəhərində polis binasına hücum olub

3-08-2020, 15:57           
Ermənistanın Tovuzla həmsərhəd Berd şəhərində polis binasına hücum olub
Ermənistanın Tavuş rayonunun Berd şəhərinin polis şöbəsinin arxasında partlayış baş verib.

Ovqat.com xəbər verir ki, məlumatı Ermənistanın İstintaq Komitəsi (Baş Prokurorluğu) yayıb.

Komitənin məlumatına görə, 2 avqust 2020-ci il tarixində, saat 4:00 radələrində Tsaxkanots Parkının ərazisindəki Berd polis binasının arxasında güclü partlayış baş verib. Nəticədə binanın divarları və pəncərələri ciddi maddi ziyan görüb.

Hadisə yerində aparılan yoxlamalar nəticəsində partlamış qumbara hissələri aşkarlanıb və Cinayət Məcəlləsinin müvafiq maddələrinə əsasən cinayət işi açılıb.

Qeyd edək ki, Berd şəhəri son zamanlar hərbi toqquşmaların yaşandığı Tovuz rayonunun sərhədində verləşir.












Teref.az © 2015
TEREF - XOCANIN BLOQU günün siyasi və sosial hadisələrinə münasibət bildirən bir şəxsi BLOQDUR. Heç bir MEDİA statusuna və jurnalist hüquqlarına iddialı olmayan ictimai fəal olaraq hadisələrə şəxsi münasibətimizi bildirərərkən, sosial media məlumatlarındanda istifadə edirik! Nurəddin Xoca
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.
E-mail: n_alp@mail.ru