Ramil Usubovdan yeni rəis təyinatı

4-05-2015, 14:47           
Ramil Usubovdan yeni rəis təyinatı
Şəmkir Rayon Polis Şöbəsinə yeni rəis təyin olunub.

Kəpəz TV (Region TV) xəbər verir ki, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə bu vəzifəyə Cəmil Əmirov təyinat alıb.

Cəmil Əmirov bundan əvvəl Oğuz Rayon Polis Şöbəsinin rəisi vəzifəsində çalışıb. Daxili işlər nazirinin digər əmri ilə Şəmkir Rayon Polis Şöbəsinin sabiq rəisi Şükür Mehdiyev isə Baş Narkotiklərlə Mübarizə İdarəsi rəisinin müavini təyin olunub.

Faktı DİN-in mətbuat xidməti də təsdiqləyib.












Teref.info © 2015
E-mail: [email protected]            Telefon: 051 933 93 21            Baş redaktor: Nurəddin (Xoca) İsmayılov
Məlumat internet səhifələrində istifadə edildikdə müvafiq keçidin qoyulması mütləqdir.